ABŞ iki beynəlxalq qurumu tərk etdi

 03:14 05.02.2025     60

ABŞ BMT-nin İnsan Haqları Şurasından və Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindən (UNRWA) çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident Donald Tramp Fərman imzalayıb.

Amerika lideri əvvəllər bu təşkilatların hər ikisini səmərəsiz hesab etdiyi üçün dəfələrlə tənqid edib.

Qeyd edək ki, Tramp ötən ay ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə fərman imzalayıb.