Həkimlər Trampı məhkəməyə verirlər
“Doctors for America” ABŞ prezidenti Donald Trampı federal hökumətin internet saytlarından səhiyyə məlumatlarını sildiyinə görə məhkəməyə verib.
Redaktor.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb .
"Həkimlər veb səhifələri və məlumat dəstlərini silmək və ya dəyişdirmək əmrinə etiraz edir. Cavabdehlər tələb olunan bildirişi təqdim etməyiblər və onların hərəkətləri özbaşınalıqdır və vəzifə səlahiyyətlərindən sui-istifadədir və ya qanuna uyğun deyil”, - portal yazır.
İddia ərizəsi verənlər səhiyyə ilə bağlı bütün məlumatların departamentlərin internet səhifələrində bərpa olunmasını tələb edirlər.
Xatırladaq ki, Tramp administrasiyası daha əvvəl hökumət saytlarından iqlim böhranı ilə bağlı hər hansı məlumatı silməyə və ya gizlətməyə başlayıb.
Türkan İSGƏNDƏRLİ