Ukrayna danışıqları bu vaxt baş tutacaq - Türkiyə XİN

 13:28 05.02.2025     84

Ankara Ukrayna üzrə sülh təşəbbüslərinin iyun ayına qədər dəqiqləşdirilməsini gözləyir və yaxın gələcəkdə Rusiya lideri Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında danışıqlar başlamazdan əvvəl elan olunacağını gözləyir.

Redaktor.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

“Biz ABŞ prezidenti Trampdan bu məsələ ilə bağlı bir sıra təşəbbüsləri eşidirik [Ukraynada sülh yolu ilə həll]. Amma Rusiya və ABŞ liderlərinin görüşündən əvvəl pərdəarxası iş və buna hazırlıq lazımdır. Bu hazırlıq olmadan liderlərin görüşü mənasız olacaq”, - deyə agentlik bəyanatdan sitat gətirib.

Xarici İşlər Nazirliyi Türkiyə tərəfinin ABŞ-dan sülh təklifləri gözlədiyinə də aydınlıq gətirib. Lakin bunun üçün tərəflərin ciddi konsensusu lazımdır.

Türkan İSGƏNDƏRLİ