Uzun müddətdir xəstə yatan məşhur aktyordan xəbər var - FOTO
![](https://img.redaktor.az/news/2025/02/photo_269391.webp?v=MTg6NDgyMDI1LTAyLTA1IDE2OjM5OjEz)
Uzun müddətdir müalicə alan məşhur türk aktyoru Kadir İnanırın fotosu paylaşılıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, beynindəki üçüncü qan laxtalanması səbəbindən əməliyyat olunan aktyorun son durumu məlum olub. İş adamı Mithat Erdem aktyoru ziyarət edib.
O, aktyorla fotosunu paylaşaraq "Əziz dostum Kadir İnanır, daha gözəl günlərə" sözlərini yazıb.
Qeyd edək ki, aktyorun 24 mart 2023-cü ildə Beykozdakı evində qəfil halı pisləşib və huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. O, beyin damarında yaranan laxtalanma nəticəsində təcili əməliyyat olunub.
Reanimasiyada müalicəsi davam edən ustad aktyor aprelin 1-də reanimasiyadan evə buraxılıb. Hazırda səhhətinin normal olduğu bildirilən aktyorun müalicələrinə davam edəcəyi açıqlanıb.
Vasif ƏLİHÜSEYN