Daha bir ölkə ÜST-dən ÇIXIR
Argentina Prezidenti Xavyer Miley ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə göstəriş verib.
Redaktor.az xəbər verir ki, bu barədə hökumətin rəsmi nümayəndəsi Manuel Adorni bildirib.
“Bildirmək istərdim ki, Prezident Xavyer Miley Argentinanın Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı xarici işlər naziri Xerardo Verteynə göstəriş verib”, - Adorni mətbuat konfransında deyib.
O, bu addıma səbəblər arasında ilk növbədə COVID-19 pandemiyası zamanı sanitar siyasətlər ilə bağlı dərin fikir ayrılıqlarını qeyd edib.
Qeyd edək ki, ötən ay ABŞ də Ümumdünya Səhiyyə Təşkilatına üzvlüyünü dayandırıb.