Konqo Aİ-ni Ruandaya qarşı sərt addımlar atmağa çağırdı
![](https://img.redaktor.az/news/2025/02/photo_269423.webp)
Konqo Demokratik Respublikasının (KDR) Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) baş diplomatı Kaja Kallası Ruandaya qarşı sərt tədbirlər görməyə, o cümlədən ölkənin siyasi və hərbi rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin X-dəki səhifəsində dərc olunan məlumatda deyilir
"KDR-in xarici işlər üzrə dövlət naziri Teresa Kayivamba Aİ-nin baş diplomatı ilə danışıqlar aparıb və Ruandaya qarşı sərt tədbirlərin görülməsinə çağırıb", - məlumatda deyilir. Xarici İşlər Nazirliyi onu da bildirir ki, Kayivamba Avropa İttifaqını Ruandanın KDR ərazisindən ixrac etdiyi mineralların tədarükünə embarqo, bu ölkənin siyasi və hərbi rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
KDR Ruandanı ölkənin şərqindəki münaqişədə 23 Mart Hərəkatı üsyançılarının tərəfində iştirak etməkdə və ölkənin təbii sərvətlərini oğurlamaqda ittiham edir.
Turan İSMAYIL