İsrail əsgərləri Qəzzada 1 fələstinli uşağı qətlə yetirdi

 22:33 05.02.2025     59

İsrail ordusu Qəzza zolağında atəşkəsi pozaraq açdığı atəş nəticəsində fələstinli bir uşağı öldürüb.

Redaktor.az xəbər verir ki, 13 yaşlı Həmzə əl-Həms, Qəzzanın cənubundakı Rəfah şəhərində İsrail əsgərlərinin atəş açması nəticəsində həyatını itirib.

Hadisə şahidlərinin sözlərinə görə, əl-Avde bölgəsində atəşə tutulan uşaq ağır yaralanıb və xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Bundan əvvəl, bu gün səhər saatlarında İsrail ordusunun Xan Yunis şəhərinə açdığı atəş nəticəsində Uday Adil əd-Dəbbari adlı bir fələstinli də həyatını itirib..

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən 19 yanvar atəşkəsinə qədər davam edən hücumlarında 14 mini dağıntılar altında qalanlar olmaqla, 61 mindən çox insan həlak olub.

Kənan YUSİF