Tramp Qəzzaya ABŞ qoşunlarını göndərmək öhdəliyi götürməyib - Ağ Ev
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağına Amerika qoşunlarının göndərilməsi ilə bağlı öhdəlik götürməyib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Prezident Qəzzaya qoşun yeritmək öhdəliyi götürməyib”, - o, jurnalistlərin suallarını cavablandırarkən deyib.
Turan İSMAYIL