Türkiyədə sərnişin avtobusu aşdı, ölən və yaralananlar var

 23:17 05.02.2025     84

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb.

Qəza yerinə çox sayda təcili yardım, polis və xilasetmə qrupları çağırılıb.

Alanya Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi Yılmaz Gülər açıqlamasında xəstəxanaya gətirilən 14 yaralıdan biri S.Ç.-nin həyatını itirdiyini, vəziyyəti ağır olan 3 nəfərin müalicəsinin isə reanimasiya şöbəsində davam etdirildiyini bildirib.

2