Helikopter qəzası baş verdi - ÖLƏNLƏR VAR

 10:37 06.02.2025     104

İtalyada helikopter qəzası baş verib. 

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Parma şəhərinə bağlı Castelguelf da dünən axşam saatlarında baş verib.

Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib.

Qeyd edilib ki, qəza sıx duman səbəbindən görmə qabiliyyətinin azalması və ya quyruq pərvanəsindəki mexaniki nasazlığın səbəb olduğu pilot səhvi səbəbindən baş verə bilər.

Helikopterin qəzaya uğraması ilə bağlı araşdırmalara başlayıb, Parma Respublika Prokurorluğu isə helikopterin qara qutusunun tapılaraq araşdırılmasına göstəriş verib. 

Aytəkin TOFİQQIZI