Zəlzələ bölgəsində 73 min 402 təkan qeydə alınıb

 21:06 06.02.2025     104

Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD), 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bölgədə 73 min 402 təkanın qeydə alındığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, AFAD-ın sosial media hesabında yayımlanan paylaşımda, “əsrin fəlakəti” olaraq adlandırılan Kahramanmaraş zəlzələlərində həyatını itirənlər anılıb və belə fəlakətlərin bir daha yaşanmaması üçün fasiləsiz işlərin davam etdiyi bildirilib.

Məlumata görə, 6 fevral 2023-dən bu günə qədər Türkiyə və ətraf bölgələrdə ümumilikdə 107 min 439 zəlzələ qeydə alınıb. Bunlardan 73 min 402-si Kahramanmaraş zəlzələlərindən sonra baş verən afterşoklardır.

Paylaşımda həmçinin 734 zəlzələnin 4 və daha böyük maqnitudaya sahib olduğu qeyd olunub.

Kənan YUSİF