Türkiyə əhalisinin sayı açıqlandı

 21:11 06.02.2025     103

2024-cü ildə Türkiyənin əhalisi əvvəlki illə müqayisədə 292 min 567 nəfər artaraq 85 milyon 664 min 944 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı "Ünvan əsaslı əhali qeydiyyatı sistemi 2024 nəticələri"nə görə, 31 dekabr 2024 tarixinə ölkə əhalisi 85 milyon 664 min 944 nəfər olub.

Əhalinin 42 milyon 853 min 110 nəfəri kişilər, 42 milyon 811 min 834 nəfəri isə qadınlardan ibarətdir. Beləliklə, ümumi əhalinin 50,02%-ni kişilər, 49,98%-ni qadınlar təşkil edir.

Ölkədə yaşayan əcnəbi əhali isə əvvəlki ilə nisbətən 89 min 996 nəfər azalaraq 1 milyon 480 min 547 nəfərə enib. Bu qrupun 48,3%-ni kişilər, 51,7%-ni qadınlar təşkil edir.

Kənan YUSİF