İsrail ordusu 17 gündə 174 fələstinlini həbs etdi

 21:16 06.02.2025     77

İsrail ordusu, 21 yanvarda başladığı genişmiqyaslı hücumlar çərçivəsində İordan çayının qərb sahilində  174 fələstinlini həbs edib.

Redaktor.az xəbər verir ki, Fələstin Əsir Təşkilatının açıqlamasına görə, İsrail ordusu Cənin və Tubas şəhərləri başda olmaqla İordan çayının qərb sahilində reydlərini davam etdirir.

Məlumata əsasən, hücumların şiddətləndirilməsindən bu yana Cənin şəhəri və qaçqın düşərgəsində 120 fələstinli, Tubasda isə 54 fələstinli həbs edilib.

Açıqlamada, İsrail ordusunun həbs etdiyi fələstinlilərin əksəriyyətinin işgəncə və pis rəftara məruz qaldığı vurğulanıb.

Kənan YUSİF