İtaliyada helikopter qəzasında 3 nəfər HƏLAK OLDU

 21:22 06.02.2025     85

İtaliyanın şimalındakı Parma şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib.

Redaktor.az xəbər verir ki, məlumata görə, Parmaya bağlı Castelguelfo bölgəsində, yerli vaxtla saat 19:30 radələrində bir helikopter yerə çırpılıb. Qəza zamanı iki pilot və iş adamı Lorenzo Rovagnati həyatını itirib.

İlkin araşdırmalara əsasən, qəzanın güclü duman səbəbindən məhdud görünüş və ya quyruq pərlərindəki texniki nasazlıq səbəbindən baş verməsi ehtimal edilir.

İtaliya Milli Uçuş Təhlükəsizliyi Agentliyi (ANSV) hadisə ilə bağlı araşdırmalara başlayıb. Eyni zamanda Parma Respublika Prokurorluğu helikopterin qara qutusunun tapılaraq təhlil edilməsini tapşırıb.

Kənan YUSİF