Vaşinqton Qəzzaya qoşun göndərməyəcək - Ağ Ev

 23:36 06.02.2025     70

ABŞ Qəzza zolağına qoşun göndərmək və ölkənin vergi ödəyiciləri hesabına Fələstin anklavının yenidən qurulmasını maliyyələşdirmək niyyətində deyil.

Redaktor.az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt "Fox News" telekanalına müsahibəsində bildirib.

“Prezident Donald Tramp Qəzzaya qoşun göndərməyəcəyini açıq şəkildə bildirib. Onun bunu etmək niyyəti yoxdur. O, həmçinin açıq şəkildə bildirib ki, ölkənin vergi ödəyiciləri bu səyləri maliyyələşdirməyəcəklər”, - Leavitt bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Vaşinqtonun Qəzza zolağını geri almağa və Fələstin anklavını təmizləməyə başlamağa hazır olduğunu bildirib.