ABŞ İran şirkətlərinə qarşı sanksiyalar tətbiq ETDİ

 23:57 06.02.2025     74

ABŞ Maliyyə Nazirliyi İran neftinin Çinə tədarük edilməsinə yardımçı olan fiziki şəxslər, qurumlar və gəmilərə qarşı sanksiyaların tətbiq edildiyini elan edib.

Redaktor.az xəbər verir ki, müvafiq bəyanat ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.

Sanksiya siyahısına beşi İran, biri Hindistan vətəndaşı olmaqla altı fiziki şəxs daxil edilib.

Doqquz hüquqi şəxs də sanksiyalarla üzləşib.

Tətbiq edilən məhdudlaşdırıcı tədbirlər ikisi Panama bayrağı altında, biri Honq Konq bayrağı altında üzən üç gəmiyə də təsir edib.