"Diqqəti bir sıra ölkələrin təhlükəsizliyinə real təhdidlər kimi məsələlərə yönəltməliyik”
![](https://img.redaktor.az/news/2025/02/photo_269569.webp)
ABŞ Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək G20 xarici işlər nazirlərinin görüşündə müəyyən səviyyədə təmsil olunacaq, lakin Vaşinqton gündəmlə razılaşmır.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
O, səfər etdiyi Dominikan Respublikasının paytaxtı Santo Dominqoda keçirilən mətbuat konfransında bildirib ki, G20-nin gündəliyində inklüzivlik, bərabərlik və buna bənzər şeylər haqqında danışılır:
"Məncə, G20 görüşünün mövzusu bizim diqqət yetirməli olduğumuz bir mövzu deyil. Düşünürəm ki, biz diqqəti terrorizm, enerji təhlükəsizliyi və bir sıra ölkələrin təhlükəsizliyinə real təhdidlər kimi məsələlərə yönəltməliyik”.
Dövlət katibi qeyd edib ki, Amerika tərəfi görüşdə “müəyyən formada təmsil olunacaq”.
"Ancaq mən sadəcə orada olmayacağam", - deyə Rubio bəyan edib.
Turan İSMAYIL