Bəşər Əsəd Rusiya ilə aramızı vura bilmədi - Suriya MN
![](https://img.redaktor.az/news/2025/02/photo_269584.webp)
Dəməşqdə keçirilən danışıqlarda Suriyanın yeni rəhbərliyi Rusiya nümayəndə heyəti ilə Suriyanın keçmiş prezidenti Bəşər Əsədin məsuliyyətə cəlb edilməsi imkanlarını müzakirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Murhaf Əbu Kasra məlumat verib .
“Bəşər Əsəd Rusiyaya getmək qərarına gələndə o, düşünürdü ki, biz ruslarla razılığa gələ bilməyəcəyik. Ola bilsin ki, onlarla münasibətlər elə bərpa olunsun ki, bu, ilk növbədə Suriyanın, sonra isə onların maraqlarına cavab versin”, - deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Əbu Kəsra Suriyanın yeni Prezidentinin Rusiya tərəfi ilə Əsədin ekstradisiyasını müzakirə edib-etməməsi sualına cavab verməkdən yayınıb.
Yanvarın 28-də Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti Əsədin hakimiyyətdən getməsindən sonra ilk dəfə Dəməşqə səfər edib. Xarici işlər nazirinin müavini məlumat verib ki, tərəflər Suriyanın Tartus limanının idarə olunması məsələsi üzrə məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.
Türkan İSGƏNDƏRLİ