ABŞ tariflər tətbiq edərsə, Norveç Aİ-ni dəstəkləyəcək - Stoltenberq

 10:38 07.02.2025     57

ABŞ Prezidenti Aİ-nin bütün idxal mallarına rüsumlar tətbiq edərsə, Norveç Aİ-nin tərəfində olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Norveçin maliyyə naziri Yens Stoltenberq bildirib.

Norveç Maliyyə Nazirliyinin rəhbəri vurğulayıb ki, Oslo ilk növbədə ABŞ və Avropa arasında ticarət müharibəsinin qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək. Lakin tariflər tətbiq olunarsa, Norveç iki ticarət bloku arasında qalmamaq üçün bir yol tapıb Aİ ilə işləyəcək. Stoltenberq ölkəsinin Avropa İttifaqı ilə möhkəm əlaqələrə sadiq qaldığını bildirib.

Qəzet qeyd edir ki, Oslo Avropa İqtisadi Birliyinə üzvlüyünün bir hissəsi kimi Brüsseldə razılaşdırılmış qanunların əksəriyyətini qəbul edir.

Türkan İSGƏNDƏRLİ