Tramp Rusiyaya sanksiyalar tətbiq edəcək

 11:19 07.02.2025     63

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaları qeyri-kafi hesab edir və onları 1-dən 10-a qədər miqyasda “C” qiymətləndirir.

Redaktor.az xəbər verir ki, bu barədə Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.

Onun sözlərinə görə, Vaşinqton Rusiyanın enerji sektoruna qarşı məhdudiyyətlərin artırılması imkanını nəzərdən keçirir.

"Düzdür, sanksiyalar gücləndirilə bilər, xüsusən də neft hasilatı və ixracına qarşı məhdudiyyətlər baş tuta bilər. Bu, nəsə etmək üçün çoxlu imkanlar açır", - Kelloq qeyd edib.

Xatırladaq ki, yanvarın 10-da ABŞ-ın keçmiş Prezidenti Co Baydenin administrasiyası Rusiyanın neft-qaz sektoruna qarşı genişmiqyaslı sanksiyalar paketini elan edib. 

Türkan İSGƏNDƏRLİ

.