Rusiya güzəştə getməyə məcbur olacaq
![](https://img.redaktor.az/news/2025/02/photo_269592.webp)
Həm Ukrayna, həm də Rusiya silahlı münaqişənin həlli üçün güzəştə getməli olacaqlar.
Redaktor.az xəbər verir ki, bunu “New York Post” qəzetinə müsahibəsində ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
"İstənilən danışıqlarda hər iki tərəf güzəştə getməlidir. Razılaşmanın şərtləri çox güman ki, Moskva və Kiyev üçün məqbul olmayacaq , lakin tərəflər sülhə nail olmaq üçün tarazlığı saxlamağa çalışmalıdırlar", - o qeyd edib.
Müsahibə zamanı Kelloq onu da bildirib ki, Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır.
Türkan İSGƏNDƏRLİ