Putin-Tramp görüşünün mümkün vaxtı AÇIQLANDI

 11:29 07.02.2025     110

Yaxın vaxtlarda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş baş tuta bilər.

Redaktor.az xəbər verir ki, “İnterfaks”ın məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə sədri Leonid Slutski Putinlə Trampın görüşünün ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

Slutski jurnalistlərə deyib: "Fevral və ya mart... Biz liderlərə buna bacarıqlı və hərtərəfli hazırlaşmaq imkanı verəcəyik, lakin bu, tezliklə olacaq".