İsrail Cənin şəhərində bir çox binaya hücum ETDİ
![](https://img.redaktor.az/news/2025/02/photo_269663.webp?v=MDA6MjMyMDI1LTAyLTA3IDIxOjEwOjE2)
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində, xüsusilə Cənin şəhərində hücumlarını davam etdirərək çox sayda binanı partladıb.
Redaktor.az xəbər verir ki, Tulkərim və Tubas şəhərlərində isə fələstinlilərə məxsus mülklər zorla boşaldılaraq İsrail ordusu tərəfindən hərbi kazarmaya çevrilib.
19 yanvarda Qəzzada atəşkəs elan olunduqdan sonra İsrail ordusu 21 yanvarda Qərb sahilində hücumlarını genişləndirib. Cənin, Tulkərim və Tubas şəhərlərində mülki infrastruktura ciddi ziyan vurulub, su, elektrik və rabitə xətləri dağıdılıb.
Hadisə şahidlərinin sözlərinə görə, İsrail ordusu Cənin Qaçqın Düşərgəsində çox sayda binanı partladıb, səhər saatlarında isə bölgədə güclü partlayış səsləri eşidilib. İsrail ordusu əraziyə əlavə hərbi qüvvələr göndərib.
Kənan YUSİF