Ankarada saxta içkidən 33 nəfər ÖLDÜ

 20:42 07.02.2025     100

Türkiyənin Ankara şəhərinin valisi Vasip Şahin bildirib ki, saxta içki istifadəsi nəticəsində 33 nəfər həyatını itirib, 20 nəfər isə reanimasiya şöbəsində müalicə alır.

Redaktor.az xəbər verir ki, Vasip Şahin polis idarəsinin açılış mərasimində etdiyi çıxışda, son günlərdə paytaxtda saxta spirtli içkilərə bağlı ölüm hallarının artdığını və bu vəziyyətin ciddi narahatlıq yaratdığını qeyd edib.

O vurğulayıb ki, saxta içki istehsal edən və satışını həyata keçirən şəxslərə qarşı hüquq-mühafizə orqanları mübarizəni gücləndirib. Həmçinin bu yoxlamalara qida təhlükəsizliyi üzrə mütəxəssislər də cəlb edilib.

Kənan YUSİF