Türkiyədə oğul atasını baltayla QƏTLƏ YETİRDİ

 21:00 07.02.2025     116

Türkiyənin Osmaniyə şəhərinin Böcəkli qəsəbəsində ata ilə oğul arasındakı mübahisə faciə ilə nəticələnib.

Redaktor.az xəbər verir ki, Halil C. adlı şəxs atası Mehmet C.-nin başına balta ilə zərbələr endirərək onu öldürüb.

Hadisə Demirciler məhəlləsində baş verib. Evdən gələn səs-küydən narahat olan qonşular dərhal 112 Təcili Yardım Mərkəzinə xəbər verib.

Əraziyə gələn polis əməkdaşları Mehmet C.-nin cansız bədənini aşkar edib. Araşdırmalar nəticəsində atanın baltalanaraq öldürüldüyü təsdiqlənib. Hadisəni törətdiyi iddia edilən Halil C. isə polis tərəfindən saxlanılıb.

Kənan YUSİF 

2