Xamenei Tehranda HƏMAS nümayəndələri ilə GÖRÜŞDÜ
![](https://img.redaktor.az/news/2025/02/photo_269726.webp)
İran rəhbəri Əli Xamenei Tehranda HƏMAS lideri vəzifəsini icra edən Xəlil əl-Həyya ilə görüşüb.
Redaktor.az xəbər verir ki, məlumatı İran mediası yayıb.
Görüşün təfərrüatları barədə məlumat verilməyib. Görüşdə hərəkatın digər yüksək səviyyəli nümayəndələri - Məhəmməd Dərviş və Nizar Avadallah da iştirak ediblər.