Türkiyədə sərnişin avtobusu aşdı, xəsarət alanlar var

 20:52 08.02.2025     91

Türkiyənin Malatya şəhərində sərnişin avtobusu aşıb.

Redaktor.az xəbər verir ki, hadisə Doğanşehir rayonunda qeydə alınıb.

Qəza nəticəsində səkkiz nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.