Türk qızını sevdi, İslamı qəbul edib onunla EVLƏNDİ

 14:47 09.02.2025     196

Ortaq dostları vasitəsi ilə tanış olan türkiyəli qız Neslihan Qorxmaz və çinli Tuo Taha Rizənin Çayeli rayonunda keçirilən toyda evləniblər.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Çayeli bələdiyyə sədri İsmail Hakkı Çiftçinin idarə etdiyi toyda bəy Tuo Tahanın  ifası qonaqlardan böyük alqış alıb.

Bildirilir ki, Neslihan və çinli Tuo üç il əvvəl internetdə tanış olub və bir-birlərini seviblər. Türkiyəyə gələn Tuo İslamı qəbul edib və adını Tuo Taha olaraq dəyişdirərək Neslihan Korkmazla evlənməyə qərar verib.

Toyda maraqlı anlar yaşanıb.

Vasif Əlihüseyn