ABŞ bu mövzuda səbrini İTİRİR
![](https://img.redaktor.az/news/2025/02/photo_269869.webp)
Gec-tez ABŞ İsrail və Fələstinin HƏMAS radikal hərəkatı arasında atəşkəs razılaşmasında səbrini itirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp azad edilmiş israilli girovların görünüşünü şərh edərkən bildirib.
“Onlar Holokostdan sağ çıxan insanlara bənzəyirlər. Onlar dəhşətli vəziyyətdə idilər, tükənmişdilər. Buna nə qədər dözə biləcəyimizi bilmirəm. Nə vaxtsa səbrimiz tükənəcək”, - deyə siyasətçi qeyd edib.
Tramp səbrini itirərsə, ABŞ-ni hansı addımları ata biləcəyini açıqlamayıb, ancaq Qəzza zolağının HƏMAS-dan təmizləmək niyyətində olduğunu vurğulayıb.
Türkan İSGƏNDƏRLİ