İsrail Qəzzada daimi atəşkəs üçün şərtləri AÇIQLADI

 18:36 10.02.2025     84

Qəzzada daimi atəşkəs  girovların azad edilməsi və Fələstin HƏMAS hərəkatının gücünün aradan qaldırılmasından sonra mümkündür.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə İsrail hökumətinin rəsmi nümayəndəsi David Mentzer bildirib.

“Bizim əsas məqsədimiz daimi atəşkəsdir. HƏMAS Qəzzada hakimiyyətdə qalmamalıdır" - deyən Mentzer vurğulayıb ki, anklav silahsızlaşdırılmalı və deradikallaşdırılmalıdır.

Bu ərəfədə İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-yə səfəri zamanı xüsusi videomüraciətində bəyan edib ki, İsrail HƏMAS hərəkatını ləğv etmək və Qəzza zolağında radikalların saxladığı bütün girovları geri qaytarmaq niyyətindədir. O, həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp İsrailin girovları qaytarmaq və Qəzzada HƏMAS-ı məhv etmək səylərini “tam dəstəkləyir”.

Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.

Turan İSMAYIL