Girov mübadiləsi qeyri-müəyyən müddətə təxirə salındı - HƏMAS

 21:51 10.02.2025     107

HƏMAS şənbə günü keçirilməsi planlaşdırılan girov mübadiləsinin qeyri-müəyyən müddətə təxirə salındığını elan edib.

Redaktor.az xəbər verir ki, Qəssam Briqadalarının açıqlamasına görə, İsrail razılaşmanın şərtlərini pozub, Yerindən didərgin düşənlərin Qəzzanin şimalına qayıtmasını gecikdirib, bölgəyə hücumlarını davam etdirib və humanitar yardımların girişinə mane olub.

Buna görə də, şənbə günü azad olunması planlaşdırılan israilli əsirlərin təhvili, İsrail "geridə qalan həftələrdəki öhdəliklərini yerinə yetirib kompensasiya edənə qədər" təxirə salınıb.

HƏMAS, İsrail razılaşmanın şərtlərinə sadiq qaldığı müddətcə, özlərinin də buna əməl edəcəklərini bəyan edib.

Kənan YUSİF