Türkiyədə bələdiyyələrə hər sahibsiz it üçün 71 min lirə cərimə tətbiq ediləcək
![](https://img.redaktor.az/news/2025/02/photo_269964.webp?v=MDk6MTgyMDI1LTAyLTEwIDIyOjI5OjAw)
Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi 81 vilayətin valiliyinə göndərdiyi yazıda sahibsiz itlərin toplanması üçün 2028-ci ilin gözlənilməsinin qanuna zidd olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, məktubda 2025-ci ildən etibarən toplanan heyvanların yenidən buraxılması halında hər bir heyvan üçün 71 min 965 TL inzibati cərimə tətbiq olunacağı vurğulanıb.
Nazir İbrahim Yumaklının imzası ilə göndərilən sənəddə, 2 avqust 2024-cü ildə qüvvəyə minən 7527 saylı qanunun və 13 dekabr 2024-cü ildə yayımlanan tətbiqetmə qaydalarının icrasının vacibliyi qeyd edilib.
Kənan YUSİF