BMT Trampın Qəzza əhalisinin məcburi köçürülmə planı ilə razılaşmır
![](https://img.redaktor.az/news/2025/02/photo_269965.webp)
BMT ABŞ Prezidenti Donald Trampın Qəzza əhalisinin məcburi köçürülməsi ilə bağlı planı ilə razılaşmır.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq Trampın bugünkü açıqlamasına münasibət bildirərək Baş katibin narahatlığını dilə gətirib.
Onun sözlərinə görə, Trampın Qəzzanı nəzarətə götürmək planı BMT Baş katibi Antonio Quterreş tərəfindən birmənalı qarşılanmayıb.
“Baş katib Qəzza əhalisinin məcburi köçürülməsi ilə bağlı hər hansı təşəbbüslə razılaşmır. O, ötən həftə çıxışında etnik təmizləmədən ciddi narahatlığını ifadə edib”, – Haq bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qəzzanın nəzarətə götürülməsi ilə bağlı planında fələstinlilərin bölgəyə geri qayıtmaq hüququnun olmayacağını bəyan edib. Prezident 15 aydır davam edən müharibənin Qəzzanı xarabalığa çevirdiyini vurğulayaraq, münaqişə sona çatdıqdan sonra fələstinlilərin geri dönməsinə icazə verilməsini ciddi səhv kimi qiymətləndirib.
BMT-nin məlumatına görə, hazırda Qəzzada 2,1 milyon insan yaşayır.