Türkiyədə işsizlik faizi AÇIQLANDI

 22:27 10.02.2025     101

Türkiyə Statistika Qurumu (TÜİK) 2024-cü ilin dekabr ayına dair işsizlik göstəricilərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, məlumata görə, işsizlik səviyyəsi əvvəlki aya nisbətən 0,1 faiz azalaraq 8,5 faiz olub. Bu dövrdə işsizlərin sayı 39 min nəfər azalaraq 3 milyon 26 min nəfərə enib.

İşsizlik kişilərdə 6,9 faiz, qadınlarda isə 11,4 faiz səviyyəsində qeydə alınıb.

Eyni zamanda, işləyənlərin sayı 54 min nəfər azalaraq 32 milyon 718 minə düşüb.

Kənan YUSİF