İsrail yanvar ayında İordan çayının qərb sahilində 580 fələstinlini həbs edib
![](https://img.redaktor.az/news/2025/02/photo_269967.webp)
İsrail ordusu yanvar ayında İordan çayının qərb sahilində 580 fələstinlini həbs edib.
Redaktor.az xəbər verir ki, Fələstin Azadlıq Təşkilatına (FƏT) bağlı Əsirlər və Azad Edilənlər Heyəti, Fələstin Əsirlər Cəmiyyəti və Zamir Əsirləri Müdafiə Təşkilatının birgə açıqlamasına görə, həbs olunanların 17-si qadın, 60-ı isə uşaqdır. Həmçinin həbsdə olan 4 fələstinli həyatını itirib.
Məlumatda vurğulanıb ki, 7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahilində ümumilikdə 15 min 500 fələstinli həbs olunub. Onlardan 455-i qadın, 1115-i uşaqdır.
Kənan YUSİF