Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı

 23:32 10.02.2025     166

Finlandiya Xarici İşlər Nazirliyi (XİN) Rusiya təyyarəsinin Finlandiya körfəzində hava sərhədlərini pozması ilə bağlı Rusiya səfirini çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Finlandiya XİN “X” sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunur ki, Finlandiya Xarici İşlər Nazirliyi hava məkanına iddia edilən müdaxilə ilə bağlı araşdırma aparılmasını tələb edib.