Rusiya sanksiyalara görə milyardlar itirir

 10:00 11.02.2025     187

Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının daha 6 ay uzadılması səbəbindən bir neçə milyard avro itirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, son 3 ildə sanksiyalardan ölkə iqtisadiyyatına dəyən ziyan 19 milyard avro təşkil edib. Tədbirlərin daha da uzadılması əlavə itkilərə səbəb olacaq. Altı ay ərzində potensial zərər 3-4 milyard avro təşkil edəcək.

Bundan əvvəl Siyarto bildirmişdi ki, Avropa İttifaqı üzv ölkələr arasında sanksiyaların tətbiqi məsələsində razılıq əldə olunmasa, qanunları pozmağa hazırdır.

Türkan İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən