Tramp polad və alüminiuma gömrük rüsumu tətbiq EDƏCƏK
![](https://img.redaktor.az/news/2025/02/photo_270035.webp)
ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan polad və alüminiuma 25 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Tramp Kanada və Meksikadan gələn alüminium və poladın da bu rüsuma tabe olacağını bildirib.
Yeni qərarın ABŞ-nin yerli sənayesini qorumaq və milli təhlükəsizliyi gücləndirmək məqsədi güddüyü bildirilir.
Lakin iqtisadçılar və beynəlxalq ticarət mütəxəssisləri bunun qlobal bazara təsir edəcəyini və bəzi ölkələrin cavab tədbirləri görə biləcəyini qeyd edirlər.
Bu addımın ABŞ-nin əsas ticarət tərəfdaşları ilə əlaqələrində gərginlik yarada biləcəyi vurğulanır.
Kənan YUSİF