Trampın siyasəti NASA-nın işini çətinləşdirə bilər - KİV

 19:23 11.02.2025     105

ABŞ Prezidenti Donald Trampın fərman və sərəncamları Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsinin (NASA) heyətlərinin təhlükəsizliyinə təhdid yarada bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Trampın yanvarda hakimiyyətə gəlməsindən dərhal sonra NASA müxtəliflik, bərabərlik və inklüzivlik sahəsindəki proqramları dayandırmağa başlayıb. NASA əməkdaşları təkcə inklüzivlik sahəsindəki siyasətin ləğvindən deyil, həm də distant iş rejimindən sonra ofisə qayıtmaq barədə sərəncamdan narahatdırlar.

"Uçuşların idarə edilməsində dispetçerlərin attestasiyası və işdə saxlanılması ilə bağlı çətinliklər var, lakin Trampın qərarları vəziyyəti yəqin ki, daha da ağırlaşdıracaq. Beynəlxalq Kosmik Stansiyanın 24 saatlıq iş rejimini nəzərə alsaq, onların kadrların daha da azalmasına tab gətirə bilməyəcəyindən və operator terminalının fasiləsiz işini təmin edə bilməyəcəyindən narahatam", - mənbə bildirib.

Öz növbəsində NASA-nın nümayəndəsi Şeril Uorner vəziyyətə münasibət bildirərkən deyib ki, təhlükəsizlik qurumun əsas vəzifəsi olaraq qalır.

"Biz ekipajlarımızın təhlükəsizliyini təmin etmək üçün kadrların lazımi sayda olmasına daim nəzarət edir, həmçinin Tramp administrasiyasının yeni sərəncamlarının mümkün qədər tez yerinə yetirilməsinə çalışırıq", - o qeyd edib.