ABŞ Ukraynaya qoşun yeridəcək?
![](https://img.redaktor.az/news/2025/02/photo_270086.webp?v=MjM6NDIyMDI1LTAyLTExIDIzOjE2OjI5)
ABŞ öz qoşunlarını Ukraynaya göndərməyəcək.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, binu ABŞ Müdafiə Nazirliyinin rəhbəri Piter Heqset Almaniyadakı Afrika Komandanlığının qərargahında deyib.
“Biz Ukraynaya qoşun yeritməyəcəyik" - deyən Pentaqon rəhbəri əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə sülh sazişinin mümkün qədər tez əldə olunmasının tərəfdarıdır. Bundan sonra Birləşmiş Ştatlar bütün dünyada öz qüvvələrinin yerləşdirilməsini yenidən qiymətləndirəcək.
Bundan əvvəl "Associated Press" xəbər vermişdi ki, Heqset xaricə ilk səfəri zamanı Ukraynaya hərbi yardım elan etməyəcək.
Turan İSMAYIL