HƏMAS İsrailin İordan çayının qərb sahilindəki hücumlarına reaksiya VERDİ
![](https://img.redaktor.az/news/2025/02/photo_270092.webp)
HƏMAS, işğal altındakı İordan çayının qərb sahilində fələstin torpaqlarının qəsb olunaraq qeyri-qanuni yaşayış məntəqələrinin genişləndirilməsini "işğalçı İsrailin Fələstinə aid hər şeyi məhv etməyə yönəlmiş cinayətkar zehniyyətinin əks olunması" kimi qiymətləndirib.
Redaktor.az xəbər verir ki, HƏMAS rəsmisi Mahmud Mərdavi verdiyi yazılı açıqlamada bildirib ki, İordan çayının qərb sahilində qeyri-qanuni İsrail məskunlaşmalarının genişləndirilməsi və minlərlə hektar ərazinin qəsb olunması, insanlardan ağaclara və torpağa qədər fələstinlilərə aid hər şeyin məhv edilməsinə yönəlmiş cinayətkar işğal siyasətinin göstəricisidir.
Mərdavi əlavə edib ki, İordan çayının qərb sahili və bütün Fələstin torpaqlarında İsrailin törətdiyi cinayətlər, fələstinlilərin işğalın müvəqqəti olduğu inancını və müqaviməti davam etdirməkdəki qətiyyətini dəyişdirməyəcək.
Kənan YUSİF