Dünyada Türkiyəni müttəfiq görənlərin sayı sürətlə artır

 21:46 11.02.2025     85

Almaniya mərkəzli Münhen Təhlükəsizlik Konfransı tərəfindən aparılan qlobal sorğulara əsaslanan 2025-ci il hesabatında, Türkiyənin beynəlxalq təsirinin artması ilə paralel olaraq ona baxışın müsbət istiqamətdə dəyişdiyi vurğulanıb.

Redaktor.az xəbər verir ki, 61-ci Münhen Təhlükəsizlik Konfransı öncəsi yayımlanan "Çoxqütblülük" adlı hesabat üçün Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Braziliya, Yaponiya, Kanada, Hindistan, Çin və Cənubi Afrikada sorğular keçirilib.

Nəticələrə görə, Türkiyə ilə yanaşı, Cənubi Koreya, Polşa və Böyük Britaniya da dünyada imici ən çox yaxşılaşan ölkələr arasında yer alıb.

Kənan YUSİF