Məşhur müğənni 11-ci dəfə əməliyyat OLUNDU

 21:55 11.02.2025     89

Türkiyənin məşhur müğənnisi Murat Dalkılıç, burnundakı problem səbəbindən 11-ci dəfə əməliyyat keçirdi.

Redaktor.az xəbər verir ki, doğuşdan burun sümüyündə problem olduğunu bildirən Dalkılıç, əvvəllər də bir neçə dəfə estetik əməliyyat keçirdiyini açıqlamışdı.

O, 2019-cu ildə qatıldığı bir proqramda ibtidai sinifdən bəri burun problemləri yaşadığını və burnundakı sümük strukturunun doğuşdan kənara doğru formalaşdığını bildirmişdi.

Müğənni əvvəlki açıqlamalarında fərqli yerlərindən götürülən qığırdaq toxumalarının burun nahiyəsinə əlavə edildiyini və artıq yeni bir əməliyyat keçirmək istəmədiyini demişdi.

Kənan YUSİF