HƏMAS razılaşmanın icrasını gecikdirməkdə İsraili günahlandırır
![](https://img.redaktor.az/news/2025/02/photo_270106.webp)
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsində yaranan hər hansı çətinlikdə İsraili günahlandırıb.
Redaktor.az xəbər verir ki, müvafiq bəyanat radikal təşkilatın "Telegram" kanalında dərc olunub.
“Öhdəliklərini yerinə yetirməyən İsraildir, ona görə də sazişin icrasında yaranan hər hansı çətinlik və gecikmələrə görə məsuliyyət onun üzərinə düşür” - sənəddə deyilir.
HƏMAS əlavə edib ki, Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə "qarşı tərəf şərtlərin bir hissəsini yerinə yetirdiyi müddətcə" razılaşmaya əməl etməyi planlaşdırır.
Eyni zamanda hərəkat qeyd edib ki, o, hələ də bütün vasitəçiləri Qəzza razılaşmasının icrasının təminatçısı hesab edir.
Turan İSMAYIL