Türkiyədə körpəsini dənizə atan qadın saxlanıldı

 23:42 11.02.2025     68

Türkiyədə İzmirin Seferihisar rayonunda bir yaşlı körpəsini dənizə atan qadın həbs edilib.

Redaktor.az bu barədə TRT Habertürk-ə istinadla xəbər verir.

Nəşr qeyd edir ki, cinayəti həmin vaxt yaxınlıqda olan vətəndaşlar görüb. Onlar qadının hərəkəti barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat verib, həmçinin uşağı sudan çıxarıblar.

Bölgədəki təhlükəsizlik kameralarını araşdıran qrupların 30 yaşlı anası Kevser S-ni nəzarətə götürdüyü deyilir. Bildirilib ki, qadının psixi problemləri var.

Turan İSMAYIL