Tramp Qəzzada otel tikmək istəyir
![](https://img.redaktor.az/news/2025/02/photo_270109.webp)
ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı düzgün addımlar atacağına söz verib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə İordaniya kralı II Abdulla ilə görüşdə bildirib.
Amerika lideri qeyd edib ki, o, Misirlə razılaşmalara ümid edir, çünki ABŞ-nin köməyi ilə anklavda otellər və digər binalar yaranacaq. Siyasətçi Qəzza ilə bağlı Misirlə birgə həll yollarının hazırlanmasına 99 faiz inandığını bildirib.
Xatırladaq ki, bundan əvvəl Tramp fələstinlilərin Qəzza zolağına qayıtma ehtimalını istisna etmişdi. Siyasətçi onlar üçün yeni yer tikəcəyinə söz verib. Ağ Ev rəhbərinin sözlərinə görə, fələstinlilər indi Qəzzaya qayıtsalar, orada yenidən yaşamaq üçün illər lazım olacaq, çünki indiki vəziyyətdə anklav yaşayış üçün yararsızdır.
Turan İSMAYIL