ABŞ Avropadakı qoşunlarının sayını azaltmaq niyyətində deyil

ABŞ hazırda Avropada olan Amerika qoşunlarının sayını azaltmaq niyyətində deyil.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə Pentaqonun rəhbəri Pit Heqset bildirib.
“Hazırda ixtisarla bağlı heç bir plan yoxdur”, - o deyib.
Eyni zamanda, Heqset qeyd edib ki, ABŞ Ukraynadakı münaqişə həll edildikdən sonra Avropadakı Amerika hərbçilərinin sayına yenidən baxa bilər.