Trampın xüsusi elçisi Moskvaya gəlib
![](https://img.redaktor.az/news/2025/02/photo_270112.webp)
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyada məhkum olunmuş Amerika vətəndaşı Mark Fogelin geri qaytarılması ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər edib.
Redaktor.az lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz açıqlama verib.
O bildirib ki, “Uitkoff Mark Vogellə birlikdə Rusiya hava məkanını tərk edir”.
Ağ Ev rəsmiləri həmçinin qeyd ediblər ki, Fogelin Moskva ilə mübadilə çərçivəsində azadlığa buraxılması Ukrayna böhranının həllində irəliləyişdən xəbər verir.
Vogel narkotik qaçaqmalçılığına görə məhkum edilib. 2024-cü ilin avqustunda amerikalının ailəsi onun adının məhbus mübadiləsi siyahısında olmamasından sonra ABŞ hakimiyyətini ikili standartlarda və laqeydlikdə ittiham edib.
Bundan əvvəl ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyində olub. Rusiya Xarici İşlər Nazirliyinə səfərin səbəbləri barədə hələlik məlumat verilmir. Əlavə olaraq bildirilir ki, vəziyyətin təfərrüatları gələcəkdə açıqlanacaq.
Turan İSMAYIL