Makron villasını satır - FOTO
![](https://img.redaktor.az/news/2025/02/photo_270117.webp)
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Pa-de-Kale bölgəsindəki villalarını satır.
Redaktor.az xəbər verir ki, bu barədə “Figaro” nəşri məlumat yayıb.
Bəzi daşınmaz əmlak agentləri deyirlər ki, villanın yerləşdiyi Le-Tuke şəhərində hər kəs bu satışdan xəbərdardır.
Nəşr qeyd edib ki, bu ev Bricitin atasına məxsus olub və sonradan ona miras qalıb.
Bundan başqa “Figaro” yazır ki, 2011-ci ildə Fransa lideri binanın təmiri üçün 15 illik 350 min avro kredit götürüb.