Hindistanın Baş nazirinin təyyarəsinə hücum təhdidi OLDU
![](https://img.redaktor.az/news/2025/02/photo_270134.webp?v=MTI6NDMyMDI1LTAyLTEyIDExOjUwOjQ5)
Mumbay polisi Hindistanın Baş naziri Narendra Modinin Fransa və ABŞ-yə xarici səfərləri zamanı təyyarəsinə qarşı terror təhdidi barədə araşdırma aparır.
Redaktor.az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Mumbay polisinə Modinin xaricə səfərləri zamanı terrorçuların onun təyyarəsinə hücum edə biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Polis aldıqları məlumatın “ciddi xarakterli” olduğunu bildirib, digər qurumlara məlumat verib və araşdırmalara başlayıb.
Modi hazırda Fransadadır. O, daha sonra ABŞ-yə uçacaq.
Türkan İSGƏNDƏRLİ